Mircavadov "Sumqayıt"ın təklifindən imtina edib

Mircavadov "Sumqayıt"ın təklifindən imtina edib
Bernard Raabın gedişindən sonra Aqil Məmmədovun başçılığıyla yerli məşqçilər korpusuna həvalə edilən “Sumqayıt”ın çempionatın “zirzəmisindən” çıxmaq cəhdləri boşa çıxır. Gənc və yerli futbolçulardan qurulan heyət mübariz oyun göstərsə də nəticədə arzulanan əksini heç cür tapmır. 
Fanat.az futbolpress.az saytına istinadən xəbər verir ki, iddiaları yüksəltmək iddiasına düşən “Gənclik şəhəri”nin təmsilçisi nəticə qazandırmaqda ən populyar məşqçi - Ağasəlim Mircavadova şifahi “namə” yollayıb. Lakin təcrübəli mütəxəssis təklifdən imtina edib. 
futbolpress.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər