Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsi davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan güləşçisi İslam Abbasov yarımfinal qarşılaşmasına çıxıb. 87 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz finala vəsiqə uğrunda İvan Kukleklə (Xorvatiya) görüşüb. 5:0 hesablı qələbə qazanan güləşçimiz finala vəsiqə qazanıb.
Final qarşılaşması sabah keçiriləcək. İ.Abbasov belaruslu Radzik Kuliyevlə görüşəcək. Həlledici görüş Bakı vaxtı ilə saat 14:40-da başlayacaq.
130 kq çəki dərəcəsində çıxış edən Sabah Şəriəti isə təsəlliverici qarşılaşmaya vəsiqə əldə edib. Buna onu 1/4 finalda məğlub edən gürcüstanlı İakobi Kayalanın finala yüksəlməsi səbəb olub. Sonuncu yarımfinalda norveçli Oskar Marviki 2:0 hesabı ilə məğlub edib. S.Şəriəti təsəlliverici görüşdə litvalı Romas Fridrikasla üz-üzə gələcək. Sabah baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:20-də başlayacaq.
***14.14
Azərbaycanın iki yunan-Roma güləşçisi II Avropa Oyunlarında 1/4 final görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan İslam Bayramov macarıstanlı Viktor Lorinczi məğlub edərək (3:0) yarımfinala vəsiqəni təmin edib. O, 1/2 finalda xorvatiyalı İvan Hukleklə üz-üzə gələcək. Yarımfinallar Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Sabah Şəriəti (130 kq) isə Gürcüstan təmsilçisi Yakob Kacaya ilə dueldən məğlub ayrılıb (4:10) və yarımfinala yüksələ bilməyib. Azərbaycan güləşçisi rəqibi finala çıxacağı təqdirdə təsəlliverici görüşə qatıla bilər.
97 kq-da yer alan Orxan Nuriyev 1/8 finalda Avstriya təmsilçisi Daniel Qastlinə uduzub. Qastlin növbəti mərhələdə məğlub olduğu üçün Nuriyev təsəlliverivi görüş şanslarını da itirib.
***13.30
Azərbaycan üç yunan-Roma güləşçisi II Avropa Oyunlarında 1/8 final görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov serbiyalı Nikolay Dobrevlə üz-üzə gəlib. Böyük hesablı qələbə (8:0) qazanan Azərbaycan təmsilçisi 1/4 finala yüksəlib. O, bu mərhələdə macarıstanlı Viktor Lurinczlə güləşəcək.
97 kq-da yer alan Orxan Nuriyev isə Avstriya təmsilçisi Daniel Qastlin müqavimətini qıra bilməyib - 2:7.
130 kq-da yarışan Sabah Şəriəti xorvatiyalı Ante Milkoviçi 3:0 hesabı ilə üstələyə bilib. Onun 1/4 finaldakı rəqibi Gürcüstan təmsilçisi Yakobi Kayaiya olacaq.
Fanat.Az