Minifutbol: Azərbaycanın 3 təmsilçisi 1/8 final matçına çıxır

Minifutbol: Azərbaycanın 3 təmsilçisi 1/8 final matçına çıxır

Azərbaycanın minifutbol klubları "Birbaşa Bakı", "Zirə" və "Aznur" Çempionlar Liqasında bu gün növbəti matça çıxacaqlar.

Fanat.Az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan turnirin 1/8 finalında ilk olaraq "Zirə" imtahan verəcək.

Elşad Quliyevin baş məşqçisi olduğu "qartallar" "MFK Hram" (Monteneqro) kollektivi ilə qarşılaşacaq. Görüş 12:15-də başlayacaq.

Bundan başqa, Azərbaycan çempionu "Birbaşa Bakı" Yunanıstan təmsilçisi "Flaminqos" ilə, Rəcəb Fərəczadəli "Aznur" isə Çexiya "Brno"su ilə üz-üzə gəlləcək.

Hər iki qarşılaşma saat 15:45-də başlayacaq.

 

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər