Ukrayna millisinin sabiq üzvü "Sabah"da

Ukrayna millisinin sabiq üzvü "Sabah"da
"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Masazır təmsilçisi ukraynalı müdafiəçi Zurab Oçiqavanı transfer edib.
25 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə bağlanıb.
Oçiqava peşəkar karyerası ərzində ölkəsinin "İlyiçevets” (2014 - 2015), "Dinamo-2” (Kiyev, 2015 - 2016), "Dinamo” (Kiyev, 2016 - 2017), "Olimpik” (Donetsk, 2017 - 2018), "Dnepr-1” (2018 - 2019), "Vorskla” (2019-20) və Estoniyanın "Levadiya” (2020) klublarında çıxış edib. O, Ukraynanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvü olub.
Yeni transfer "Sabah”da 3 nömrəli formada çıxış edəcək.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər