Milli komandamızın oyunçusu Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, komanda Portuqaliyanın aşağı liqa təmsilçilərindən “Eşpinyo” ilə qarşılaşıb. Beş qolun vurulduğu matçda futbolçumuzun komandası inamlı qələ qazanıb - 4:1.
Matça ehtiyat oyunçular skamyasında başlayan Emin ikinci hissədə meydana daxil olub. O, 76-cı dəqiqədə komandasının sonuncu qoluna imza atıb.
Fanat.Az