Millimizin üzvü Moskva "Lokomotiv"ində?

Millimizin üzvü Moskva "Lokomotiv"ində?

Moskva "Lokomotiv"inin baş məşqçisi Yuri Syomin millimizin üzvü Dmitri Nazarovun transferi barədə yayılan xəbərlərə münasibət bildirib. Fanat.Az xəbər verir ki, rusiyalı mütəxəssis iddiaları təkzib edib.

Syomin Almaniyanın "Aue" klubunda forma geyinən hücumçunu transfer etməyəcəklərini bildirib: "Bu barədə birinci dəfədi eşdirəm. Xəbərlər həqiqəti əks etdirmir".

Qeyd edək ki, Nazarov bu mövsüm Almaniyanın II Bundesliqasında 26 oyun keçirib və 9 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər