Xəbər verdiyimiz kimi UEFA bu ildən gənclər arasında da Çempionlar Liqası keçirir. Belə ki, Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsinə qatılan klubların 19 yaşadək futbolçulardan ibarət komandaları da Çempionlar Liqasına qatılır.
Fanat.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Elvin Bədəlovun çıxış etdiyi "Zenit"in U-19 komandası turnirdə ilk oyununu keçirib. "Atletiko"nun qonağı olan komanda 2:4 hesabı ilə yenilib. Millimizin üzvünün adı "18-liy"ə salınsa da, meydana çıxmayıb.