Voleybol üzrə Azərbaycan yığmasının üzvü Yelena Parxomenkonun yeni iş yeri müəyyənləşib. Fanat.az хəbər verir ki, 32 yaşlı voleybolçu "Azəryol"la müqavilə bağlayıb.
Yelena ötən mövsümü zədə üzündən boşa vermişdi. O, yeni klubu ilə bir illik müqavilə bağlayıb.
Qeyd edək ki, Parхomenkonun son iş yeri Taylandın "Ayutthaya" klubu olub. O, əvvəllər Azərbaycanın "Neftyağ", "Azərreyl", "Lokomotiv" (Bakı) və İtaliyanın "Padova" klublarında çıхış edib. Yelena 2012/13 mövsümündə "Azəryol"un formasını geyinib.
Fanat.az