Türkiyənin PTT 1-ci liqasında 2014/15 mövsümünə start verilib. Fanat.az xəbər verir ki, açılış oyununda "Bucaspor" 21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü Timur Təməltaşın forma geyindiyi "Altınordu"nu qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. Timur start heyətində yer alıb. Onu 87-ci dəqiqədə Ibrahim Y?lmaz əvəzləyib. O, 58-65-ci dəqiqələrdə iki dəfə qola yaxın olub. Lakin hər iki halda qapını düzgün nişan ala bilməyib.
Qeyd edək ki, "Altınordu" ötən mövsüm PTT 1-ci liqaya vəsiqə qazanıb. Beləliklə, Timur PTT 1-ci liqada debüt edib.
Fanat.az