İtaliya yığması yoxlama oyunu keçirəcək. Fanat.az xəbər verir ki, Antonio Konte yetirmələrini Portuqaliya ilə görüşdə sınayacaq.
Oyun iyunun 16-da baş tuacaq. Görüş İsveçrənin Cenevrə şəhərində keçiriləcək.
Qeyd edək ki, İtaliya yığma komandamızın AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən biridi. Komandalar arasında ötən ilin 10 oktyabrında baş tutan oyunda italyanlar 2:1 hesablı qələbə qazanıb. Cavab matçı bu ilin 10 oktyabrında Bakıda keçiriləcək.
Fanat.az