Millimizin İsrail və Portuqaliya üçün heyəti

Millimizin İsrail və Portuqaliya üçün heyəti
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Bakıda İsrail, sentyabrın 8-də isə səfərdə Portuqaliya yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Bernhard Lippert 25 futbolçuya dəvət göndərib.
Alman çalışdırıcı Berti Fotqsun əsas milli üçün nəzərə tutulan ehtiyat oyunçular arasına saldığı Abdulla Abasıyevi, Taşkın İlteri, Tuğrul Eratı və Ağabala Ramazanovu U-21-ə dəvət edib. Bundan başqa Türkiyənin "Qaziantep BB" klubunda forma geyinən Rəhman Hacıyev yığmaya çağırılıb.

U-21-in heyəti

Qapçılar: Şahruddin Məhəmmədəliyev, Andrey Popoviç (hər ikisi "Sumqayıt), Orxan Sadıqlı (Xəzər Lənkəran).

Müdafiəçilər: Bəxtiyar Həsənalızadə, Slavik Alxasov (hər ikisi "Sumqayıt), Tərlan Quliyev, Şəhriyar Əliyev (hər ikisi "Qarabağ"), Azər Salahlı (İnter), Məqsəd İsayev (Neftçi), Ürfan Abbasov (Qəbələ).

Yarımmüdafiəçilər: Tərzin Cahangirov, Ceyhun Cavadov (hər ikisi "Sumqayıt"), Hacı Əhmədov, Namik Ələskərov (hər ikisi "Qarabağ"), Abdulla Abasiyev, Fuad Bayramov (hər ikisi "İnter"), Vadim Abdullayev (Simurq), Taşkın İlter (Ayntraxt Braunşveyq, Almaniya), Tuğrul Erat (Fortuna, Almaniya), Rəhman Hacıyev (Qaziantep BB, Türkiyə).

Hücumçular: Məhəmməd Qurbanov (Sumqayıt), Ağabala Ramazanov (Xəzər Lənkəran), Elşən Abdullayev, Samir Məsimov (hər ikisi "Neftçi"), Rəşad Eyyubov (Simurq).

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər