Millimizin 3 qoluna şahidlik edən hakim Bakıda

Millimizin 3 qoluna şahidlik edən hakim Bakıda

Azərbaycan - Özbəkistan yoldaşlıq oyununu idarə edəcək Georgi Vadaçkoria ikinci dəfə Bakıya səfər edəcək. Fanat.az xəbər verir ki, gürcü referi 2012-ci ilin 15 avqustunda baş tutan Azərbaycan - Bəhreyn matçında fit çalıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda millimiz 3:0 hesablı qələbə qazanmışdı. Vadaçkoria həmin matçda Branimin Subaşiç (35-ci dəqiqə), Cihan Özkara (59Z və Cavid Hüseynovun (79) qollarını qeydə almışdı. 

Gürcü referi bu oyunda millimizin leyhinə penalti də təyin etmişdi. Lakin matçın 34-cü dəqiqəsində Rəşad Sadıqovun zərbəsi dəqiq olmamışdı. 

Oyun ərzində 3 futbolçuya sarı vərəqə göstərən Vadaçkoria millimizdən Elnur Allahverdiyevlə (24-cü dəqiqə) Branimir Subaşiçi (58), Bəheyndən Məhəmməd Duaiyini (61) cəzalandırmışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər