Millimizi Belfasta aparan təyyarə Bakıya nə vaxt qayıdacaq?

Millimizi Belfasta aparan təyyarə Bakıya nə vaxt qayıdacaq?

Azərbaycan millisini Şimali İrlandiya ilə oyun üçün Belfast şəhərinə aparan AZAL-a məxsus "Boeing 787 Dreamliner" təyyarəsi yaxın saatlarda Bakıya yola düşəcək.

Bunu "Report"a AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, təyyarədə yaranan texniki nasazlıq aradan qaldırılıb. Nəticədə Bakı - Belfast - Bakı marşrutu ilə hərəkət edən təyyarə təxminən saat 13:00 radələrində Belfast aeroportundan havaya qalxacaq.

Qeyd edək ki, futbol üzrə Azərbaycan yığması 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya ilə oyundan dərhal sonra Bakıya qayıtmalı olsa da, təyyarədəki texniki nasazlıq səbəbindən uçuş təxirə salınıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər