Millimiz Macarıstanda başlayıb İsveçrədə bitirəcək - TƏQVİM

Millimiz Macarıstanda başlayıb İsveçrədə bitirəcək - TƏQVİM

Qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Azərbaycan millisi ilk matçını aprelin 5-də səfərdə Macarıstana qarşı keçirəcək. Komanda son oyununa da səfərdə çıxacaq.

5 aprel Macarıstan – Azərbaycan

9 aprel Azərbaycan – İsveçrə

31 may Azərbaycan – Türkiyə

4 iyun Türkiyə – Azərbaycan

12 iyul Azərbaycan – Macarıstan

16 iyul İsveçrə – Azərbaycan

Qeyd edək ki, AÇ-2025-in final mərhələsi İsveçrədə təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər