Millimiz Macarıstana qarşı

Millimiz Macarıstana qarşı

Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv "Liv Bona Dea Arena"da Macarıstan yığması ilə qarşılaşacaq.

B Liqasının I qrupunda yer alan millimizin 5-ci tur çərçivəsində görüşü saat 20:00-da başlayacaq. 

AÇ-2025 Seçmə mərhələ, 5-ci tur 12 iyul

20:00. Azərbaycan - Macarıstan  Hakim: Yelena Pejkoviç (Xorvatiya). Mərdəkan. "Liv Bona Dea Arena"

Xal durumu: İsveçrə - 9, Türkiyə - 6, Macarıstan - 4, Azərbaycan - 4.

Qeyd edək ki, millimiz növbəti oyununu iyulun 16-da səfərdə İsveçrəyə qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər