Milli Qəhrəmanımızın oğlu Azərbaycan bayrağını daşıyacaq - Azərbaycan Premyer Liqasının 29-cu turunda "Qarabağ" doğma azarkeşləri önündə "Kəpəz"i qəbul edir. Fanat.az xəbər verir ki, Ağdam klubun rəhbərliyinin sözügedən qarşılaşma üçün xüsusi planları var.
Belə ki, son günlərdə cəbhədə baş verən hadisələrə görə rəşadətlik nümayiş etdirən ordumuza dəstək olmaq üçün futbolçular meydana Azərbaycan dövlət bayrağı ilə çıxacaq. Bu bayrağı isə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun oğlu Elşən Bağırov daşıyacaq.
Qeyd edək ki, Allahverdi Bağırov həm də "Qarabağ"ın baş məşqçisi olub. O, birinci Qarabağ savaşında canını vətən uğruna qurban verib.
Fanat.az