"Neftçi"nin heyətində son 3-4 oyunda meydançaya çıxmamışam. Amma unutmayaq ki, mən oynayanda da kimsə heyətə düşməyib. Bir məsələdə də var ki, bu gün mənim üçün hər şeydən önəmli oynamaq, meydançada olmaqdı". Fanat.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və "Neftçi"nin futbolçusu Elvin Yunuszadə deyib.
Yunuszadə bildirib ki, "Neftçi"də qalıb-qalmayacağı qarşıdakı oyunlardan asılıdı: "Neftçi"də qalıb-qalmayacağım qarşıdakı turlardan asılıdı. Bu gün mənə oynamaq lazımdı ki, irəli gedi".
Futbol11.az