Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə start verilib. Fanat.az xəbər verir ki, A və B qrupunun komandaları I turun oyunlarına çıxaıblar.
Günün ilk qarşılaşması Bakı Olimpiya Stadionunda keçirilib. Ölkənin ən böyük arenasında B qrupunda çıxış edən Avstriya ilə Bosniya və Herseqovina milliləri üz-üzə gəliblər. Matç birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
8-ci km qəsəbə stadionunda keçiriləcək qrupun digər matçında isə çempionatın favoritlərindən olan Almaniya Ukraynanın müqavimətini qıra bilməyib - 2:2.
Bu stadiondakı növbəti matç isə A qrupunun oyunu olub. Azərbaycan yığmasının rəqibləri Belçika ilə Şotlandiya qarşılaşıblar. Gözlənildiyi kimi qarşılaşma Belçikanın qələbəsi ilə yekunlaşıb - 2:0.
Günün son qarşılaşması da Bakı Olimpiya Stadionuna təsadüf edib. 19.30-da start götürəcəy açılış mərasiminin ardınca yığmamız meydana çıxıb. Komandamız Bakıya medal iddiası ilə gələn Portuqaliya qarşısında darmadağına üzülüb - 0:5.
Fanat.az