Millətlər Liqası: Yunanıstan liderliyi təmin etdi, Portuqaliya uduzdu

Millətlər Liqası: Yunanıstan liderliyi təmin etdi, Portuqaliya uduzdu

Bu gün UEFA Millətlər Liqasında IV tur start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 9 matç keçirilib.

A və B Liqalarının hər birində 2, C Liqasında 4, D Liqasında isə 1 görüş baş tutub.

İspaniya Çexiyanı inamla yenibsə, Portuqaliya səfərdə İsveçrəyə uduzub. Beləliklə, A Liqasının 2-ci qrupunda lider dəyişib.

B Liqasının 4-cü qrupunda Norveç "doğma divarlar arası"nda İsveçi məğlubiyyətə uğradıb. Bu qrupun digər görüşü də yetərincə maraqlı alınıb. Serbiya Sloveniya səfərində hesabda 2 top önə çıxıb və yekunda 1 xalla kifayətlənib.

C Liqasının 2-ci qrupunda Kosovonu tək qolla üstələyən Yunanıstan xal hesabını 12-yə çatdırıb və vaxtından əvvəl qrup qalibi olub. 

C Liqasının 4-cü qrupunda adından söz etdirən Gürcüstan Sofiyadakı qarşılaşmada 5:2 hesablı ilə yendiyi Bolqarıstanla evdə qolsuz bərabərliyə razılaşıb. Bu, qonşu ölkənin lider mövqeyində qalmasına kifayət edib. 

D Liqasının 2-ci qrupunda Malta San Marinonu məğlubiyyətə uğradaraq Estoniya ilə xallarını bərabərləşdirib.

UEFA Millətlər Liqası 12 iyun

A Liqası 2-ci qrup

İsveçrə - Portuqaliya 1:0 

Qol: Seferoviç, 1

İspaniya - Çexiya 2:0 

Qollar: Soler, 24. Sarabiya, 75

Xal durumu: İspaniya - 8, Portuqaliya - 7, Çexiya - 4, İsveçrə - 3.

B Liqası 4-cü qrup

Norveç - İsveç 3:2

Qollar: Holand, 10; 54-pen. Sörlot, 77 - Forsberq, 62. Dyökereş, 90+5.

Sloveniya - Serbiya 2:2 

Qollar: Sporar, 48. Sesko, 54 - Jivkoviç, 8. Mitroviç, 35

Xal durumu: Norveç - 10, Serbiya - 7, İsveç - 3, Sloveniya - 2

C Liqası 2-ci qrup

Şimali İrlandiya - Kipr 2:2

Qollar: Makneyr, 71. Evans, 90+4 - Kakulis, 32; 51

Yunanıstan - Kosovo 2:0 

Qollar: Giakumakis, 71. Mantalos, 90+9

Xal durumu: Yunanıstan - 12, Kosovo - 6, Şimali İrlandiya - 2, Kipr - 2

C Liqası 4-cü qrup

Şimali Makedoniya - Cəbəllütariq 4:0

Qollar: Bardi, 4. Miovski, 14; 16. Çurlinov, 31.

Gürcüstan - Bolqarıstan 0:0

Xal durumu: Gürcüstan - 10, Şimali Makedoniya - 7, Bolqarıstan - 3, Cəbəllütariq - 1

D Liqası 2-ci qrup Malta - San Marino 1:0 

Qol: Muskat, 50

Xal durumu: Estoniya - 6, Malta - 6, San Marino - 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər