Millətlər Liqası: Xorvatiya evdə, Portuqaliya səfərdə sevindi

Millətlər Liqası: Xorvatiya evdə, Portuqaliya səfərdə sevindi

UEFA Millətlər Liqasında bu gün III tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, A və C liqalarında ümumilikdə 8 matç oynanılıb. 

Günün maraqlı görüşlərindən biri Portuqaliya yığması ilə Polşa arasında baş tutub. Kriştianu Ronaldunun da fərqləndiyi matçda portəgizlər inamlı qələbə qazanıblar. Xorvatiya isə Şotlandiyanı çətinliklə də olsa, yenib.

İspaniya Danimarkanı minimal hesabla üstələyib.

Qeyd edək ki, ilk üç turda xal qazana bilməyən və keçirdiyi oyunların hamısında uduzan Azərbaycan millisi oktyabrın 14-də Bakıda Slovakiya ilə qarşılaşacaq. 

UEFA Millətlər Liqası III tur 12 oktyabr

A Liqası

1-ci qrup

Xorvatiya – Şotlandiya 2:1 Qollar: Matanoviç, 36, Kramariç, 70 - Kristi, 33. Polşa – Portuqaliya 1:3 Qollar: Zelinski, 78 - Bernardu Silva, 26, Ronaldu, 37. Bednarek, 99-öz qapısına.

Xal durumu: Portuqaliya – 9, Xorvatiya – 6, Polşa – 3, Şotlandiya – 0

4-cü qrup

Serbiya – İsveçrə 2:0  Qollar: Elvedi, 45+1-öz qapısına. Mitroviç, 61.   İspaniya – Danimarka 1:0 Qol: Subimendi, 79.

Xal durumu: İspaniya – 7, Danimarka – 6, Serbiya – 4, İsveçrə – 0

C Liqası

2-ci qrup

Litva – Kosovo 1:2 Qollar: Qolubiskas, 84 - Jeqrova, 20, Krasniqi, 64. Kipr – Rumıniya 0:3 Qollar: Man, 16, Marin, 25-pen, Draqusin, 36. 

Xal durumu: Rumıniya – 9, Kosovo – 6, Kipr – 3, Litva – 0

3-cü qrup

Bolqarıstan – Lüksemburq 0:0 Belarus – Şimali İrlandiya 0:0

Xal durumu: Belarus – 5, Bolqarıstan – 5, Şimali İrlandiya – 4, Lüksemburq – 1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər