Millətlər Liqası: Portuqaliya və Gürcüstandan darmadağın

Millətlər Liqası: Portuqaliya və Gürcüstandan darmadağın

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 2-ci tur start götürüb. 

Fanat.Az xəbər verir ki, ilk oyun günündə A, B, C və D Liqalarında 9 matç keçirilib.

Portuqaliyanın evdə İsveçrəni darmadağın edibsə, İspaniya millisi səfərdə Çexiyanı yenə bilməyib. İlk turda Portuqaliya ilə bərabərə qalan ispanlar yenə xal itkisi ilə üzləşib. 

B Liqasında Serbiya öz meydanında Sloveniyanı böyük hesabla üstələyib. İsveç – Norveç qarşılaşmasında qonaqlar qələbəyə sevinib.

C Liqasındakı Kipr - Şimali İrlandiya görüşü "quru sülh"lə bitib. Qonaq qismində Kosovo ilə qarşılaşan Yunanıstan evə minimal hesablı zəfərlə dönüb. Şimali Makedoniya səfərdə Cəbəllütariqi, Gürcüstan yığması isə Bolqarıstanı məğlub edib. 

D Liqasındakı yeganə matçda San Marino öz meydanında Maltaya boyun əyib.

UEFA Millətlər Liqası Qrup mərhələsi, 2-ci tur 5 iyun

A Liqası, 2-ci qrup

Portuqaliya – İsveçrə 4:0 Qollar: Karvalyu, 15. Ronaldu, 35; 39. Kanselu, 68.

Çexiya – İspaniya 2:2 Qollar: Pesek, 4. Kuxta, 66 – Qavi, 45+3. Martines, 90.

Xal durumu: Çexiya – 4, Portuqaliya – 4, İspaniya – 2, İsveçrə – 0.

B Liqası, 4-cü qrup

Serbiya – Sloveniya 4:1 Qollar: Mitroviç, 24. Milinkoviç-Saviç, 56. Yoviç, 85. Radonyiç, 90+2 – Stoyanoviç, 30.

İsveç – Norveç 1:2 Qollar: Elanqa, 90+2 – Haland, 20; 69.

Xal durumu: Norveç – 6, İsveç – 3, Serbiya – 3, Sloveniya – 0.

C Liqası, 2-ci qrup

Kipr – Şimali İrlandiya 0:0

Kosovo – Yunanıstan 0:1 Qol: Bakasetas, 36.

Xal durumu: Yunanıstan – 6, Kosovo – 3, Şimali İrlandiya – 1, Kipr – 1

C Liqası, 4-cü qrup

Cəbəllütariq – Şimali Makedoniya 0:2 Qollat: Bardi, 21. Babunski, 84.

Bolqarıstan – Gürcüstan 2:5 Qollar: İliyev, 50. Stefanov, 83 – Davitaşvili, 4. Hristov, 31-öz qapısına. Zivzivadze, 52. Kvaratsxeliya, 58. Vako, 70.

Xal durumu: Gürcüstan – 6, Şimali Makedoniya – 4, Bolqarıstan – 1, Cəbəllütariq – 0.

D Liqası, 2-ci qrup

San Marino – Malta 0:2 Qollar: Busuttil, 59. Gilyomye, 75.

Xal durumu: Estoniya – 3, Malta – 3, San Marino – 0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər