Millət vəkili AFFA-ya qarşı: "Bu futbolçu PKK-nın aksiyalarına qatılsa..."

Millət vəkili AFFA-ya qarşı: "Bu futbolçu PKK-nın aksiyalarına qatılsa..."

Millət vəkili Fazil Mustafa 19 yaşadək qızlardan ibarət milli komandamızın üzvü Melisa Sarıaltın əlində Kürdüstanın bayrağı və plakatları ilə Almaniyada mitinqə qatılmasına münasibət bildirib. Fanat.az xəbər verir ki, deputat bu barədə "Facebook" səhifəsində yazıb: 

"Almaniyanın "Bayer" klubunda oynayan 19 yaşlı qızlardan ibarət futbol yığmamızın üzvü Melisa Sarıaltın əlində Kürdüstanın bayrağı və plakatları ilə Almaniyada mitinqə qatılıb. Bu kürd əsilli futbolçu sabah Türkiyə əleyhinə PKK-nın aksiyalarına da qatılsa, o zaman nə baş verəcək? Burada mənim kiminsə milli təəssübkeşliyinə qarışmaq niyyətim yoxdu. Ancaq Azərbaycan bayrağı ilə çıxış edən hər kəsin dosyesi ciddi araşdırılmalıdı. Ona görə də mən, dəfələrlə bildirmişəm ki, bütün idman sahələrində başqa millətlərdən olan insanların milliləşdirilməsi yanlış addımdı. Bakıda yaşayan köklü rusların və başqa millətlərin təmsilçilərinin cəlb olunmasını normaldı və onların çoxu özlərini azərbaycanlı hesab edirlər. Dağıstandan idmançı gətirisinizsə, azərbaycanlı və ya kumık gətirin milliləşdirin! Şərait yaradın güləşdə, boksda, futbolda, voleybolda, motorlu idman növlərində, avarçəkmədə, üzgüçülükdə, qaçışda, basketbolda öz millətimizin təmsilçiləri öz bayrağımızın altında qürurla çıxış etsinlər. Milliləşdirmək istəyirsinizsə buyurun, Orta Asiyadan, Anadoludan, Avropadan türk əsilli gəncləri tapıb milliləşdirin. Heç olmazsa milli təəssübkeşliyi olan insanlar olsunlar ki, ən azı dövlətimizə problemlər yaratmasınlar. Çox zaman yarışlarda rəqabətdə də bu gəlmələrə üstünlük verilir və azərbaycan övladlarının daha ciddi şəkildə peşəkar kimi formalaşması əngəllənir. Qoy bir medalımız az olsun, qoy bir-iki oyunu uduzaq, əvvəl-axır öz gücümüzə güvənərək bir mərtəbəyə yüksəlməliyik. Sovet dövründə "Ararat"ın heyəti yüzdə 99 ermənilərdən, Tiflis "Dinamo"sunun heyəti yüzdə yüz gürcülərdən ibarət idi, "Neftçi"də isə Azərbaycan soyadı görəndə sevinirdin. Bunları inanın ki, tənqid xatirinə söyləmirəm, düşünərək ənənəni dəyişməyimiz vacibdi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər