Milinko Pantiç yenidən "Bakı"nı çalışdıracaq. Fanat.az xəbər verir ki, bu barədə paytaxt klubunun "Facebook" səhifəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, serb mütəxəssis tezliklə "Bakı"nın sükanı arxasına dönəcək. Pantiç "Atletiko" rəhbərliyi ilə Hafiz Məmmədov arasında əldə olunan anlaşmaya əsasən bu vəzifəyə gətiriləcək.
Qeyd edək ki, Pantiç 2013/14 mövsümündə "Bakı"nı çalışdırıb.
Fanat.az