Milanlılar veteranını göndərməyə qərar verdi

Milanlılar veteranını göndərməyə qərar verdi

İtaliya A Seriyasının lideri olan "İnter"lə mərkəz müdafiəçisi Françesko Açerbi arasında münasibətlər arzuolunan səviyyədə deyil. 

Fanat.Az "Tuttosport"-a istinadən xəbər verir ki, milanlılar 36 yaşlı veteran oyunçu ilə yollarını ayırmağa hazırlaşır. 

Açerbinin tezliklə klubdan ayrılma ehtimalı kifayət qədər yüksək qiymətləndirilir. “Nerazzurri” rəhbərliyi artıq veteran futbolçunu əvəzləmək üçün variantları araşdırır. İtaliya nəhəngi “Udineze”dən Yaka Biyol və “Torino”dan Perr Şursun keçidini planlaşdırır.

Qeyd edək ki, Françesko Açerbi "İnter"də ikinci mövsümünü keçirir. O, Simone İnzaqinin komandasında 81 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər