"İnter"in fanatları Andre Onanaya Premyer Liqa nəhəngi "Mançester Yunayted"ə keçə biləcəyi xəbərlər fonunda klubda qalması üçün yalvarıblar.
Fanat.Az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
MY hələ Onana üçün yekun təklif göndərməyib, çünki “İnter” qapıçısını 60 milyon avrodan aşağı qiymətə satmaq istəmir.
İki klub hələ transfer məbləğini razılaşdıra bilmədiyi üçün 27 yaşlı qolkiper A Seriyasının nəhəngi ilə mövsümöncəsi hazırlıqlara başlamaq üçün bu gün səhər "İnter"in məşq mərkəzinə gəlib.
Bir neçə azarkeş məşq mərkəzinin qapısında onun avtomobilinin qarşısını kəsərək, ondan "Meazza" stadionunda qalmasını xahiş ediblər.
Onana keçən mövsüm “İnter”in Çempionlar Liqasının finalına yüksəlməsində pay sahiblərindən olub.
Mirağa