"İnter" "Kalyari"dən 22 yaşlı müdafiəçi Raul Bellanovanı heyətinə qatıb.
Fanat.Az "neradzurri"nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bellanova bir il icarə əsasında "qara-göylər"in formasını geyinəcək.
“Uşaqlıq arzum gerçəkləşdi - sevimli komandamda oynayıram. Belə an üçün söz tapmaq çox çətindir. Bu, nəhayət ki, gerçəkləşən arzudur”, - deyə futbolçu bildirib.
Qeyd edək ki, Raul "Milan" akademiyasının yetirməsidir.
Emin