"Milan"ın yeni baş məşqçisi o olacaq - Razılıq əldə edildi

"Milan"ın yeni baş məşqçisi o olacaq - Razılıq əldə edildi
"Layptsiq"in sabiq baş məşqçisi Ralf Ranqnik "Milan"ı çalışdırmağa razılıq verib.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, Ranqnik "Milan"da təkcə baş məşqçi postunu tutmayacaq. Alman mütəxəssis həm də "rossoneri"nin idman direktoru olacaq.
Uzun müddət idi ki, "Milan"ın icraçı direktoru İvan Qazidis Ranqniklə danışıqlar aparırdı. "Qırmızı-qaralar"ın 61 yaşlı məşqçinin rəhbəliyi altında sıfırdan komanda quruculuğuna başlamağı planlaşdırdığı bildirilir.
 
"Milan"ı hazırda Stefano Pioli çalışdırır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər