"Milan"ın ulduzu kitab yazdı

"Milan"ın ulduzu kitab yazdı

Portuqaliyalı hücumçu Rafael Leauda daha bir istedad kəşf edilib. 

Fanat.Az xəbər verir ki, o, kitab nəşr etmək qərarına gəlib. 

Ulduz avtobioqrafiya olan və fevralın 20-də işıq üzü görəcək kitabda musiqi mövzusuna da toxunulub. Bu da təsadüfi deyil: o, albom yazdıraraq mahnı oxuyur. 

Portuqaliyalı hücumçu sosial şəbəkə hesabında bu barədə belə yazıb: "Mənim üslubum futbol, ​​musiqi və moda həyatıdır". 

Xatırladaq ki, Leau 2019-cu ildən "Milan"da çıxış edir. O, İtaliya nəhənginə Fransanın "Lill" klubundan keçib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər