"Milan"ın ulduzu İspaniyaya döndü - RƏSMİ

"Milan"ın ulduzu İspaniyaya döndü - RƏSMİ

Müqavilə ilə "Real Madrid"ə məxsus olan və son üç mövsümü icarə əsasında "Milan"da keçirən yarımmüdafiəçi Brahim Dias karyerasını yenidən Madrid nəhəngində davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə "kral klubu" rəsmi saytı vasitəsilə məlumat yayıb.  

İtaliya klubu onu saxlamaq istəsə də, "Real" "Milan"ın budəfəki təklifini rədd edib.

23 yaşlı ispaniyalı ilə müqavilənin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.

Dias başa çatam mövsümdə "Milan"ın heyətində 43 oyuna çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" ispaniyalının dəyərini 20 milyon avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər