"Milan"ın ulduzu iki kumirin adını çəkdi - Biri Ronaldudur, o biri...

"Milan"ın ulduzu iki kumirin adını çəkdi - Biri Ronaldudur, o biri...

Portuqaliya millisinin və "Milan"ın ulduz hücumçusu Rafael Leau futbol dünyasındakı kumirlərinin adını çəkib. 

Fanat.Az xəbər verir ki, 24 yaşlı forvardın dediklərini "Corriere dello Sport" belə çatdırıb:   “Mənim kumirim Kristianu Ronaldudur. Uşaqlıqda isə Ronaldinyonu çox bəyənirdim”.

Rafael bu mövsüm bütün turnirlərdə 33 matçda iştirak edib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.  Ronaldu isə 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanı "Əl-Nəsr"ində çıxış edir. Bu mövsüm 39 yaşlı forvard 20 matçda iştirak edib, 22 qol vurub və 9 məhsuldar ötürmə verib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər