"Milan"nın futbolçusu Rafael Leau karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Telefoot" yayıb.
Xəbərə görə, portuqaliyalı forvard PSJ-nin diqqət mərkəzindədir. Gənc hücumçunun sərbəst qalma məbləği 175 milyon avrodur.
Qeyd edək ki, Leau cari mövsüm "Milan" ın forması ilə 19 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov