"Milan"ın sabiq futbolçusu karyerasını başa vurdu

"Milan"ın sabiq futbolçusu karyerasını başa vurdu

"Milan", "Vilyarreal" və "Kolo-Kolo"nun keçmiş futbolçusu Matias Fernandes karyerasını bitirib.  

Fanat.Az "Euro-football"a istinadən xəbər verir ki, Buenos-Ayresdə anadan olan 36 yaşlı çilili futboldan getdiyini açıqlayıb.

Matias 2006-cı ildə Cənubi Amerikanın ən yaxşı futbolçusu olub. Uzun müddət milli komandaya dəvət alıb və yetmiş üç oyun keçirib.

O, 2021-ci ildən Çilinin "Deportes La Serena" komandasında çıxış edirdi.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər