"Milan"ın qapıçısı Mik Menyan karyerasını digər Avropa nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Tuttosport" yayıb.
Xəbərə görə, fransalı qolkiperin xidmətində "Bayern Münhen" maraqlıdır.
Menyan PSJ-nin yetirməsidir. 28 yaşlı "çərçivə" qoruyucusu 2021-ci ilin yayından "qırmızı-qaralar"ın formasını geyinir. Onun İtaliya təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.