"Milan"ın qapıçısı hansı kluba keçəcək? - SON DURUM

"Milan"ın qapıçısı hansı kluba keçəcək? - SON DURUM
"Milan"ın qapıçısı Canluici Donarumma bu yay klubunu dəyişməyə çox yaxındır.
Fanat.Az xəbər verir ki, 22 yaşlı qolkiperin "qırmızı-qaralar"ı tərk edəcəyi ilə bağlı informasiyanı tanınmış insayder Nikolo Skira şəxsi "Twitter" hesabından yayıb. 
Gənc "çərçivə" qoruyucusunun "Çelsi" və PSJ arasında seçim edəcəyi bildirilib. Mənbəyə inansaq, hər iki klub illik 10 milyon avro maaş tələbi üzündən "Milan"la yeni müqavilə ilə bağlı razılığa gələ bilməyən qapıçıya istədiyi əməkhaqqını ödəməyə hazırdır.
Qeyd edək ki, Donarummanın İtaliya təmsilçisi ilə olan müqaviləsinin müddəti yayda başa çatacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər