"Milan"ın oyununa azarkeşlər buraxılacaq

"Milan"ın oyununa azarkeşlər buraxılacaq
Bu gün "Milan” A Seriyasında yeni mövsümün ilk oyununa çıxacaq.
Fanat.Az "Football Italia”ya istinadən xəbər verir ki, "Bolonya” ilə "San Siro”da keçiriləcək görüşə azarkeşlər də buraxılacaq. Bu, pandemiya dövründə A Seriyasında ilk belə haldır.
Min nəfər azarkeşin oyunu tribunadan izləməsinə icazə verilib. "Milan” həkimlər və digər səhiyyə işçilərini oyuna dəvət edib. Lombardiyanın müxtəlif tibbi müəssisələrinin işçilərinə bilet paylandığı bildirilir. Bu, klubun koronavirusla mübarizədə göstərdikləri xidmətlərinə görə həkimlərə minnətdarlığıdır.
Futbolçuların ailə üzvlərinə və klubun tibbi işçilərinə də bilet paylanılıb.
Qeyd edək ki, "Milan” – "Bolonya” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər