"Milan"ın müdafiəçisi Simon Kyer üçün mövsüm başa çatıb.
Fanat.Az xəbər verir ki, A Seriyasının 15-ci turunda - "Cenoa" ilə oyunda (3:0) diz bağlarından xəsarət alan danimarkalı futbolçu əməliyyat olunub.
İtaliyalı insayder Fabritsio Romano şəxsi "Twitter" hesabında cərrah masasına bu gün uzanan 32 yaşlı Kyerin 6 ay yaşıl meydanlardan kənarda qalacağının dəqiqləşdiyini yazıb.
Nihat