"Milan"ın müdafiəçisi türk klubuna keçdi

"Milan"ın müdafiəçisi türk klubuna keçdi
Türkiyənin "Başakşəhər” klubu yeni transferini həyata keçirib. 
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
İstanbul klubu  "Milan”ın  braziliyalı müdafiəçini  Leonardo Duarteni heyətinə qatıb. Türklər onu satın almaq şərti ilə 1.5 illik icarəyə götürüb. 
Qeyd edək ki, Duarte bu mövsüm "Milan”la 3 oyuna çıxıb. 24 yaşlı müdafiəçi 2019-cu ilin yayından "qırmızı-qaralar”ın formasını geyinir.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər