"Milan"ın kapitanı paytaxt klubuna keçəcək

"Milan"ın kapitanı paytaxt klubuna keçəcək

"Milan"ın müdafiəçisi və kapitanı Alessio Romaynoli yeni klubu ilə bağlı mövqeyini müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, o, karyerasını "Latsio"da davam etdirəcək. 

İnformasiyanı insayder Nikolo Skira yayıb. Mənbənin məlumatına görə, futbolçu Roma klubu ilə 5 illik müqavilə imzalayacaq və bu müqaviləyə əsasən, o, bonuslar nəzərə alınmamaqla ildə 3,2 milyon avro alacaq. "Latsio" 27 yaşlı mərkəz müdafiəçisini heyətinə azad agent statusu ilə cəlb edəcək. 

Daha əvvəl "Barselona"nın Romanyoli ilə maraqlandığı bildirilirdi.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər