"Milan"ın iki vacib futbolçusu "Yuventus"a qarşı oynamayacaq - SƏBƏB

"Milan"ın iki vacib futbolçusu "Yuventus"a qarşı oynamayacaq - SƏBƏB

"Milan"ın qapıçısı Mayk Menyan və müdafiəçi Teo Ernandes İtaliya çempionatının 8-ci turunda "Yuventus"la baş tutacaq oyunu buraxacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

Hər iki futbolçu cəzalıdır. Menyan əvvəlki turda qırmızı vərəqə aldığına görə, Ernandes isə sarı vərəqə limitini aşdığına görə cəzalı duruma düşüb.

"Milan" - "Yuventus" matçı oktyabrın 22-də baş tutacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər