"Milan" futbolçusu İsmael Bennaser zədə səbəbindən Əlcəzair millisinin düşərgəsindən ayrılıb.
Fanat.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin əzələlərində ağrılar yarandığından yığmanı tərk etmək məcburiyyətindəı qalıb.
Orta xətt oyunçusu problemi aradan qaldırmaq üçün İtaliyaya qayıdacaq.
Cari mövsüm bütün turnirlərdə 15 matça çıxan Bennaser 1 məhsuldar ötürmə ilə yadda qalıb.