"Milan"ın futbolçusu İngiltərə klubunda - RƏSMİ

"Milan"ın futbolçusu İngiltərə klubunda - RƏSMİ

"Milan"ın futbolçusu Sandro Tonali karyerasını "Nyukasl"da davam etdirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı "sağsağanlar"ın rəsmi saytı yayıb.

Məlumata görə, sözügedən futbolçu müddəti 2028-ci ilə qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Daha öncə mətbuatda "Nyukasl"ın bonuslar nəzərə alınamaq şərti ilə qarşı tərəfə 70 milyon avro ödəyəcəyi və Tonalinin İngiltərə təmsilçisində illik 7 milyon avro maaş alacağı ilə bağlı məlumatlar yayılıb.

Qeyd edək ki, Sandro geridə qalan mövsümdə "Milan" forması ilə ümumilikdə 34 matça çıxaraq 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər