“Milan”ın futbolçusu ayın ən yaxşısı seçildi

“Milan”ın futbolçusu ayın ən yaxşısı seçildi

İtaliya A Seriyasında dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bu ada "Milan"ın yarımmüdafiəçisi Kristian Pulişiç layiq görülüb. 

25 yaşlı futbolçu "Yuventus"dan Federiko Qattini, "Cenoa"dan Albert Qudmundssonu, "Roma"dan Romelu Lukakunu, "İnter"dən Markus Türamı və "Bolonya"dan Coşua Zirkzeni qabaqlayıb.

Pulişiç ötən ay 5 oyun keçirib, 2 qol vurub və 2 qolun ötürməsini verib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər