"Milan"ın forvardı sıradan çıxdı

"Milan"ın forvardı sıradan çıxdı
"Milan"ın 21 yaşlı hücumçusu Rafael Leau Portuqaliyanın U-21 millisinin düşərgəsində zədələnib.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, forvard Niderland yığması ilə matçda (2:1) ombasından xəsarət alıb. 
Futbolçunun yaşıl meydanlara nə vaxt dönəcəyi 10 gün sonraya planlaşdırılan təkrar müayinədən sonra bilinəcək. İlkin ehtimallara əsasən gənc forvard azı 2 həftə oynamayacaq.
Leau "Milan"a ötən ilin yayında "Lill"dən transfer olunub. İtaliya təmsilçisinin 23 milyon avro qarşılığında heyətə qatdığı hücumçu bu mövsüm qırmızı-qara forma ilə çıxdığı 10 oyunda 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər