"Milan"ın enişi: 11 ildən sonra ilk yaşandı

"Milan"ın enişi: 11 ildən sonra ilk yaşandı

“Milan”ın uğursuzluq seriyası şənbə günü “Udineze” ilə oyunda da davam edib. 

Fanat.Az xəbər verir ki, Stefano Piolinin komandası gözlənilmədən  autsayderlərdən birinə uduzub (0:1). 

"Opta"nın məlumatına görə, “rossoneri” 2012-ci ilin sentyabrından bəri ilk dəfə A Seriyasında ardıcıl iki ev oyununda qol vurmadan məğlub olur. Həmin vaxt komandaya Massimiliano Alleqri rəhbərlik edirdi. 

Xatırladaq ki, oktyabrın 22-də “Milan” doğma meydanda “Yuventus”a eyni minimal hesabla uduzmuşdu.

 “Qırmızı-qaralar” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və lider "İnter"dən altı xal geri qalır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər