Canluici Donnarumma "Milan"la müqaviləsini uzada bilər.
Fanat.Az jurnalist Nikolo Skiranın "Twitter" hesabına istinadən xəbər verir ki, "Milan"ın təklif etməyi planlaşdırdığı yeni sözləşmə 2023-cü ilə kimi olan periodu əhatə edəcək. Donnarumma təklifi qəbul edərsə, məvacibində artım olacaq. 21 yaşlı qolkiperin meneceri Mino Rayola müqaviləyə sərbəstqalma opsiyasının daxil edilməsinin tərəfdarıdı.
Cari mövsümdə 27 matçda meydana çıxan Donnarumma qapısında 33 qol görüb.
Fanat.Az