"Milan"ın baş məşqçisi: "Daha çox qol vura bilərdik"

"Milan"ın baş məşqçisi: "Daha çox qol vura bilərdik"

"Milan" Çempionlar Liqasında 1/4 finalın ilk oyunları çərçivəsində "Napoli"ni qəbul edib.

Fanat.Az xəbər verir ki, Milan təmsilçisinin baş məşqçisi Stefano Pioli 1:0 hesabı ilə gəldikləri görüşü belə dəyərləndirib: 

"Artıq cavab oyunu haqqında düşünürəm. Balanslaşdırılmış oyunlardır. Hər iki tərəf üçün çətindir. Cavab matçı daha möhtəşəm olacaq. Yaxşı oyun keçirdik. Daha çox qol vura bilərdik. Bu nəticə bizə şans verir. Sadəcə təəssüf edirəm ki, ikinci qolu vura bilmədik".

Qeyd edək ki, tərəflər arasında cavab görüşü aprelin 18-i tarixində keçiriləcək. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər