İtaliyanın sabiq baş naziri, "Milan”ın keçmiş sahibi Silvio Berluskoni yeni klub alıb.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, keçmiş hökumət rəhbəri "Montsa” klubunun satın alınması ilə bağlı razılığa gəlib. Bu klub İtaliyanın C Seriyasında çıxış edir.
"Milan"ın sabiq vitse-prezident Adriano Qalliani "Montsa”nın icraçı direktoru təyin edilib.
Qeyd edək ki, Silvio Berluskoni 1986-2017-ci illərdə "Milan”ın sahibi olub. Klub onunla 8 dəfə İtaliya çempionuluğunu və 5 dəfə Çempionlar Liqasını qazanıb. O, klubu 2017-ci ildə 860 milyon dollara çinli iş adamı Li Yunxuna satıb.
Fanat.Az