"Milan"dan antirekord - İtaliya klubları hələ belə aciz olmamışdı

"Milan"dan antirekord - İtaliya klubları hələ belə aciz olmamışdı

Dünən Çempionlar Liqasının III turunda "Milan" səfərdə "PSJ"yə 0:3 hesabı ilə uduzub. 

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, bu məğlubiyyət nəticəsində “Milan” İtaliya klubları üçün Çempionlar Liqasında antirekorda imza atıb. 

Belə ki, "qırmızı-qaralar" ÇL-in ardıcıl beş oyununda qol vura bilməyib.

"Rossoneri" Çempionlar Liqasının builki ilk iki turunda "Nyukasl" və Dortmund "Borussiya"sı ilə 0:0 bərabərə qalıb. Ötən mövsüm isə komanda yarımfinalda “İnter”ə iki dəfə uduzub – 0:2 və 0:1.

Həmçinin, “Milan” avrokuboklar tarixində ilk dəfə meydana start heyətində italyan futbolçu olmadan çıxıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər