İtaliya A Seriyasının üzvü "Milan” meksikalı futbolçu İrvinq Lozanonu transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, italyanlar 23 yaşlı yarımmüdafiəçini qış transfer pəncərəsində heyətinə qatmaq niyyətindədi.
Klub rəhbərliyi artıq Meksika yığmasının üzvünün agenti ilə danışıqlara başlayıb. İrvinqin çıxış etdiyi Hollandiya PSV-si də oyunçunu satmağa razıdı. Amma Eyndhoven təmsilçisi bu transfer üçün 40 milyon avro istəyir.
Losanonun PSV ilə müqaviləsi 2023-cü ilə qədərdi.
Fanat.Az