İsveçin qadınlardan ibarət milli komandasının və "Milan"ın futbolçu Kosovari Aslani özünü həmyerlisi Zlatan İbrahimoviçlə müqayisə etmək istəməyib.
Fanat.Az "Expressen"ə istinadən xəbər verir ki, "Real Madrid"i qalmaqalla tərk edərək İtaliya klubuna keçən Aslani mətbuat konfransında belə danışıb:
"Milan" böyük hədəfləri olan klubdur. Çempionlar Liqasında oynamaq istəyirik. Hiss edirəm ki, klubum mənə dəyər verir. Bu, çox vacib məqamdır.
İbrahimoviç? Milanda yalnız bir aslan ola bilər".
Nihat